Bolqarıstanda koronavirusa yoluxan 2560 nəfər qeydə alınıb

Bolqarıstanda koronavirusa yoluxan 2560 nəfər qeydə alınıb

Sofiya, 3 iyun, AZƏRTAC

Bolqarıstanda sutka ərzində 22 koronavirusa yoluxma halı baş verib. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 2560 nəfərə çatıb. 1206 nəfər sağalıb, 146 nəfər ölüb. Xəstəxanalarda 132 nəfər müalicə olunur. 9 nəfər reanimasiya şöbəsində yerləşdirilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

AZERTAG.AZ :Bolqarıstanda koronavirusa yoluxan 2560 nəfər qeydə alınıb

Mənbə: azertag.az