Portlandda komendant saatının ləğvindən sonra nümayişlər daha da kütləviləşib

Portlandda komendant saatının ləğvindən sonra nümayişlər daha da kütləviləşib

Mayın 31-də Oreqon ştatının Portland şəhərində Corc Floydun öldürülməsinə etiraz edən nümayişçilərlə polis arasında qarşıdurmadan sonra şəhərdə fövqəladə vəziyyət elan edilmişdi. Komendant saatına baxmayaraq son 3 gündür ki, şəhərdə etiraz aksiyaları davam edirdi. Bazar ertəsi nümayişlərin dinc şəraitdə keçməsindən sonra şəhər meri Ted Viler komendant saatını ləğv etdi. Növbəti gün şəhərin mərkəzi Pioner meydanına toplaşan minlərlə etirazçı "Qaraların da həyatının mənası var", "Vurmayın" və "Dayanın" şüarları səsləndirib. Daha sonra nümyişçilərlə polis arasında yaşanan toqquşmadan sonra polis yüzlərlə insanın olduğu izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməli oldu. İyunun 2-si gecə saatlarında Portland şəhərində baş verən hadisələri əməkdaşımız Vüqar Bəhmənzadənin obyektindən izləyin.

Mənbə: www.amerikaninsesi.org