Los-Ancelesdə və Kaliforniyanın digər şəhərlərində 3 minədək etirazçı saxlanılıb

ABŞ-ın Los-Anceles şəhərində və Kaliforniya ştatının digər cənub şəhərlərində afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar keçirilən etiraz aksiyaları və iğtişaşlar zamanı təxminən 3 min nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Los Angeles Times” qəzeti yazıb.

Nəşr mayın 29-dan statistik araşdırma aparır. Onların böyük hissəsi qarət, sındırma ilə oğurluq və vandalizm əməllərinə görə saxlanılıb. Nəşr bildirir ki, Los-Ancelesin mərkəzində polisin gördüyü tədbirlər nəticəsində iyunun 2-si gecə vaxtı heç bir qarət faktı qeydə alınmayıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin Səhiyyə naziri: normallaşma prosesi qaydalara uyğun aparılmasa risklər arta bilər

SONRAKI XƏBƏR

Hadise karantində dəyişib BELƏ OLDU