Bakının mərkəzində halsız vəziyyətdə qalan şəxs xilas edildi

Bakının mərkəzində halsız vəziyyətdə qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Vətəndaş halsız vəziyyətdə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.

Mənbə: publika.az