Göyçay sakini özünü körpüdə çaya atıb - FOTO

Göyçay sakini özünü körpüdə çaya atıb - FOTO

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 08:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüsündə qeydə alınıb.

Elçin adlı şəxs özünü körpüdən çaya atıb. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Hazırda onun meyitinin çaydan çıxarılması üçün tədbirlər görülür. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: apa.az