Floydu boğaraq öldürən keçmiş polis 40 ilədək həbs cəzası ala bilər

Floydu boğaraq öldürən keçmiş polis 40 ilədək həbs cəzası ala bilər

Minneapolisdə afroamerikalı Corc Floydu dizi ilə boğaraq öldürən keçmiş polis zabiti Derek Şovin üçün ittiham maddəsi dəyişdirildi.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Minnesota prokurorluğu yayıb.

Mənbə bildirir ki, bu maddə ilə sabiq polis 40 ilədək azadlıqdan məhrum edilə bilər.

Bundan əvvəl Derek Şovin səhlənkarlıqda günahlandırılmış və ötən cümə günü həbs olunmuşdu.

Daha sonra Minnesota prokurorları Corc Floydun ölümündə iştirak edən digər üç polis işçisini ittiham etdilər. Onların hər üçü həbs olunub.

Afrikalı amerikalı Corc Floyd mayın 25-də Minneapolisdə polis tərəfindən saxlanılarkən öldü. O vaxtdan bəri ABŞ-da və bəzi Avropa ölkələrində polislə toqquşmalar və talanlarla müşayiət olunan etiraz aksiyaları keçirilib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az