Çində məktəblilərə bıçaqla hücum olub, 40 nəfər yaralanıb

Çində məktəblilərə bıçaqla hücum olub, 40 nəfər yaralanıb

Çinin cənubunda yerləşən Uçjou şəhərində adı açıqlanmayan kişinin bıçaqla məktəblilərə hücumu nəticəsində 40 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında təhsil müəssisəsinin yaxınlığında baş verib.

Xəsarət alanlar şagirdlər və məktəb direktorunun müavinidr.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, hücumu məktəbin 50 yaşlı gözətçisi törədib. Polis əməkdaşları onu hadisə yerində tutub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az