“Pedro” ləqəbli narkotacir saxlanıldı - FOTO

“Pedro” ləqəbli narkotacir saxlanıldı - FOTO

Xızıda narkotik əkib-becərən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, Xızı rayon Polis Şöbəsinin əməkdaşların;n gecə saatlarında keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə xüsusi aqro-texniki qaydada qulluq edərək narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin qəsəbə sakini, “Pedro” ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı T.Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən T.Ağayevin tərəfindən dibçəklərdə əkilmiş 8 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.

Faktla bağlı Xızı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Mənbə: lent.az