Corc Floydla bağlı hesabat: Koronaya yoluxubmuş

Corc Floydla bağlı hesabat: Koronaya yoluxubmuş

ABŞ-da polis tərəfindən öldürülən Corc Floydun COVİD-19 analizinin pozitiv çıxdığı bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə C.Floydun ölümü ilə bağlı ekspertizanın hesabatında yazılıb.

Bildirilir ki, Floydun aprelin 3-də verdiyi COVİD-19 analizi pozitiv çıxıb. Ancaq virus daşıyıcısı olmasına baxmayaraq, xəstə kimi yatmayıb.

Məlumata görə, Floyd öldüyü zaman ağ ciyərləri sağlam olub. Lakin ağciyər və ürək arasındakı bəzi damarlarda tutulmalar aşkarlanıb.

Mənbə: axar.az