Sumqayıtda evdən 5 min manatlıq qızıl oğurlanıb

Sumqayıtda evdən 5 min manatlıq qızıl oğurlanıb

Sumqayıtda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də şəhər ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Məhərrəmova saxlanılıblar.

Araşdırma aparılır.

Mənbə: apa.az