ABŞ-da Floydun qətli ilə bağlı daha üç polisə ittiham irəli sürülüb

ABŞ-da Floydun qətli ilə bağlı daha üç polisə ittiham irəli sürülüb

Azərtac Asociated Press agentliyinə istinadla xəbər verir ki, Derek Çovinlə yanaşı, onun daha üç həmkarına da ittiham irəli sürülüb.

Minnesota şəhərinin baş prokuroru Kit Ellison dizi ilə Corc Floydun boynunu sıxan Derek Çovinə qarşı ittihamı ağır cinayət işləyən zaman istəməyərək ikinci dərəcəli qətlə səbəbolma maddəsi ilə dəyişib. O, əvvəlcə üçüncü dərəcəli qətlə səbəbolma maddəsi ilə ittiham edilirdi.

İnsident zamanı hadisə yerində olan daha üç polis əməkdaşına də qətldə iştirak maddəsi ilə cinayət işi açılıb. Ötən həftə onların hamısı işdən çıxarılmışdı.

Qeyd edək ki, mayın 25-də Afrika əsilli amerikalı Corc Floyd polis tərəfindən öldürülüb. İnsidentlə bağlı kadrları sosial şəbəkədə yayıldıqdan sonra əvvəlcə Minnesota, sonra isə ABŞ-ın bir çox şəhərlərini etiraz dalğası bürüyüb. Kütləvi etiraz aksiyaları və onları müşayiət edən iğtişaşlar və talanlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub.

Mənbə: strateq.az