Türkiyəli qadın 2 övladı ilə evinin hovuzunda ölü tapıldı - FOTO

Türkiyəli qadın 2 övladı ilə evinin hovuzunda ölü tapıldı - FOTO

Fransanın Monpelye şəhərinin yaxınlığında dəhşətli hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli ana Dilek Yücetepe iki övladı ilə birlikdə evlərinin hovuzunda ölü tapılıb. Onun həyat yoldaşı isə bu mənzərə ilə üz-üzə qaldığı üçün infarkt keçirib.

O, qonşuların köməyi ilə arvadını və övladlarını hovuzdan çıxarıb. Qeyd edək ki, onun övladlarından birinin 2, digərinin 4 yaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.unikal.org