Putin rəsmilərə hiddətləndi: “Fövqəladə vəziyyəti sosial mediadan öyrənməliyik?”

Putin rəsmilərə hiddətləndi: “Fövqəladə vəziyyəti sosial mediadan öyrənməliyik?”

Sibirdə elektrik stansiyasından sizan 20 min ton dizel yanacağı çayın üzərini örtüb. Məsələni sosial şəbəkədən öyrənən Prezident Putin rəsmilərə qəzəblənərək onları hadisələrin arxasınca getməkdə günahlandırıb.

Bölgədə fövqəladə vəziyyət elan edilib. Canlı yayında Putin bundan gec xəbər tutan stansiya və bölgə rəhbərliyinə hiddətlənib: "Bu fövqəladə vəziyyəti sosial mediadan öyrənəcəyik?"

Rəsmi məlumata görə, artıq 350 km bir ərazidə dizel yanacağı yayılıb. Dünya Təbiəti Qoruma Fondunun mütəxəssisləri bildiriblər ki, bu, ölkə tarixində ikinci belə hadisədir. Cografi şəraitinə görə, çayın təmizlənməsi uzun sürə bilər. Elektrik stansiyası dünyanın ən böyük nikel və paladium istehsalçısı olan “Norilsk Nikel”ə məxsusdur.

Artıq hadisənin araşdırılması üçün istintaq başlayıb. Stansiyanın bir əməkdaşı saxlanılıb.

Mənbə: cebhe.info