Bərdədə güclü yanğın baş verib

Bərdədə güclü yanğın baş verib

Bərdə rayonunda güclü yanğın hadisəsi qeydə alınıb.

Cebhe.info xəbər verir ki, hadisə rayonun Lənbəran kəndində yerləşən fermada baş verib. Belə ki, fermaya məxsus ot klipləri alışıb.

Yanğının güclü olması səbəbindən əraziyə Bərdə rayon yanğından mühafizə xidmətinin yanğın söndürən briqadaları ilə yanaşı, Ağdam rayonundan da bir briqada kömək cəlb edilib.

Hazırda yanğın davam edir.

Elgün Gəncimsoy
Cebhe.info

Mənbə: cebhe.info