Ermənistan MN-in polkovnikinə və polkovnik-leytenantına qarşı ittiham irəli sürülüb

Ermənistan MN-in polkovnikinə və polkovnik-leytenantına qarşı ittiham irəli sürülüb

Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən həyata keçirilən fəaliyyətlərlə bağlı aşkara çıxarmalar hüquq-mühafizə orqanları tərəfindən davam etdirilir. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə Ermənistan Müdafiə Nazirliyinin polkovniki və polkovnik-leytenantı məfəət əldə etmə işi üzrə müttəhim kürsüsünə düşüb.

Məlumata görə, Levon Hovhannisyan adlı şəxsə qarşı ittiham irəli sürülüb ki, o, “N” saylı hərbi hissənin komandiri, rütbəcə polkovnik, yəni vəzifəli şəxs olmaqla hərbi hissənin keçmiş komandirinin arxa və kommunal istifadə üzrə müavini, polkovnik-leytenant Mxitar Marat Avetisyanın təhriki ilə vəzifə səlahiyyətlərinin sərhədini aşıb, ciddi ziyana səbəb olub və Sünik vilayətinin Xndzoresk kənd sakini Kamo Artem Elizbaryan tərəfindən külli miqdarda məbləğin mənimsənilməsinə kömək edib.

İlkin istintaq orqanı ilkin istintaqın başa çatdığını elan edib və işi Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsinə göndərib.
 

 

Mənbə: ordu.az