Erməni hərbi qulluqçunun intihar etməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Erməni hərbi qulluqçunun intihar etməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Ermənistan ordusunun müddətli hərbi qulluqçusu 2017-ci ildə kiçik çavuşun çarpayısında yatmaq istəyib, mübahisə baş verib və nəticədə kiçik çavuş özünü ağacdan asıb, iş məhkəmədədir. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Məhkəmə-İnformasiya Sistemi məlumat yayıb.

İttihama görə, H. Marqaryan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin məcburi müddətli hərbi qulluqçusu, rütbəcə sıravi əsgər olmaqla tabe olduğu məcburi müddətli hərb qulluqçu, kiçik çavuş V. Melkonyanın çarpayısında yatmaq istəyib.

Kiçik çavuş təklifi rədd etdikdən sonra 2017-ci il iyulun 22-də saat 23:30 radələrində qeyd edilən hərbi hissədə hərbi qulluqçular arasında mübahisə yaranıb.

Mübahisə zamanı sıravi əsgər söyüş söyərək tabe olduğu kiçik çavuş Melkonyana qarşı zorakılıq tətbiq edib, onun üzünə bir dəfə zərbə vurub, zərbədən sonra V. A. Melkonyan depressiyalı vəziyyətə düşüb və nəticədə bir neçə saat sonra özünü ağacdan asaraq intihar edib.

Məlumata görə, Ermənistan Cinayət Məcəlləsinin 358-ci maddəsinin 4-cü hissəsi ilə cinayət işi açılıb. İş İrəvanın ümumi yurisdiksiya məhkəməsinin hakimi Nelli Bağdasaryana həvalə olunub. Marqaryana qarşı ehtiyat tədbiri olaraq uzaqlaşmamaq barədə imza çəkmə seçilib.

 

Mənbə: ordu.az