17 baş qoyun oğurlayan oğru tutuldu

17 baş qoyun oğurlayan oğru tutuldu

17 baş qoyun oğurlamaqda şübhəli bilinən Biləsuvar şəhər sakini C.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-nə keçən gecə şəhər ərazisində yaşayan 2 qardaşın həyətlərindən 17 baş qoyun oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılıb.

Mənbə: sia.az