ABŞ etirazlarında saxlanılan və həbs edilənlərin sayı 10 mini keçib

ABŞ etirazlarında saxlanılan və həbs edilənlərin sayı 10 mini keçib

ABŞ-da səkkizinci günə daxil olan etiraz aksiyaları, iğtişaşlar və toqquşmalarda saxlanılan və həbs edilənlərin sayı 10 mini keçib.

İnterAz bu barədə SalamNews-a istinadla məlumat verir.

Agentlik bildirib ki, ABŞ etirazlarında ötən günə qədər saxlanılan və həbs edilənlərin sayı azı 10 mindir.

Məlumata görə saxlaılanların sayına görə Kaloforniya birinci, Nyu-York isə ikinci yerdədir.

Associated Press bildirib ki, ştatların böyük şəhərlərində komendant saatlarının elan edilməsinə baxmayaraq, etirazlar davam edir.

Agentlik bildirib ki, saxlanılanların 86 faizi həbs edildikləri ştatlarda məskunlaşan şəxslərdir və bu o deməkdir ki, ABŞ polisinin “saxlanılanların digər bölgələrdən gəlməsi” iddiası əsassızdır.

Qeyd edək ki, bu etiraz və toqquşmalarda ölənlərin sayı 12 nəfərdir.

Mənbə: www.interaztv.com