ABŞ-da polisin öldürdüyü Corc Floyd koronavirusa yoluxubmuş? RƏSMİ AÇIQLAMA

ABŞ-da polisin öldürdüyü Corc Floyd koronavirusa yoluxubmuş? RƏSMİ AÇIQLAMA

ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən saxlanılarkən boğularaq öldürülən Corc Floydun meyitinin müayinəsi zamanı onda koronavirus aşkarlanıb.

"Fox News" xəbər verir ki, tibbi müayinə şöbəsi tərəfindən yayılan hesabatda Floydun ölümünün səbəbləri açıqlanıb.

Məlumata görə, onun burnundan yaxma götürülüb və COVID-19 testi müsbət nəticə verib. Floydda xəstəliyin tamamilə simptomsuz olduğu, ağciyərlərinə zərər vermədiyi qeyd edilib.

Azvision.az xatırladır ki, mayın 25-də polis Corc Floydu saxladıqdan sonra onu yerə uzadaraq dizi ilə boğmağa başlayıb. Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Floydun ölümü təkcə ABŞ-da deyil, Kanada, Britaniya, Almaniyada və dünyanın digər ölkələrində kütləvi etirazlara səbəb olub. ABŞ-ın 40-dan çox şəhərində iğtişaşlardan sonra komendant saatı tətbiq edilib.

Mənbə: virtualaz.org