Şəmkirdə gənc naməlum şəraitdə bıçaqlanıb

Şəmkirdə gənc naməlum şəraitdə bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çənlibel kəndin qeydə alınıb.

Təxminən, 25-30 yaş aralığında gənc naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hazırda onun kimliyi dəqiqləşdirilir.

Mənbə: apa.az