Şəmkirdə 26 yaşlı oğlan bıçaqlanıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çardaqlı kəndində baş verib.

Rayon sakini, 1994-cü il təvəllüdlü Nicad Əsədov tanışı tərəfindən bıçaqlanıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Cinayəti törədən şəxsin saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Millət vəkili seçiciləri ilə görüşüb-FOTOLAR

SONRAKI XƏBƏR

Suriya İsrailin hücumunun qarşısını aldı