Gəncədə kişi boyunundan bıçaqlanıb

Gəncədə kişi boyunundan  bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-yerli bürosunun məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Tağızadə Allahverdi Xasay oğlu boynun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az