Bakıda avtomobil idarəetmədən çıxdı, 3 nəfər xəsarət aldı

Bakıda avtomobil idarəetmədən çıxdı, 3 nəfər xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Yeni Ramana qəsəbəsində 10-XC-992 dövlət nömrə nişanlı, VAZ-21099 markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil qarşıdan gələn 99-DL-718 dövlət nömrə nişanlı “Kia Rio” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-21099-da olan qadın sərnişin xəsarət alıb. Həmçinin sürücü zərbənin təsirindən deformasiyaya uğramış avtomobilin sükanına sıxılıb. O, ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb.

Qəza nəticəsində eləcə də digər avtomobilin də sürücüsü yüngül xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı VAZ-21099-da azyaşlılar da olub. Xoşbəxtlikdən onların heç biri xəsarət almayıb.

Hadisə yerinə DYP əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Vüsal Məmmədov

Mənbə: report.az