Moskvada son sutkada koronavirusdan 57 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 57 nəfər ölüb

Rusiyanın paytaxtında son sutkada koronavirusdan 57 nəfər ölüb.

Bununla da Moskvada yeni virusdan ölənlərin ümumi sayı 2 806-ya çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Ölənlərin hamısına, həmçinin, sətəlcəm diaqnozunun da qoyulduğu bildirilib.

 

Mənbə: apa.az