Rusiyanın Elbrus dağında dərəyə düşən paraşütçülər xilas edilib.
REN TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsindən məlumat verilib.
Köməksiz vəziyyətdə qalan üç paraşütçünü axtarış-xilasetmə dəstəsi qurtarıb.
Paraşütçülərdən biri ayağından xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.
Mənbə: www.oxu.az