Bakıda quşçuluq ferması yanıb

Bakıda quşçuluq ferması yanıb

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 1000 m² olan quşçuluq fermasının yanar konstruksiyaları 500 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az