Rusiyanın iki səfirliyinə bomba xəbərdarlığı daxil oldu

Rusiyanın iki səfirliyinə bomba xəbərdarlığı daxil oldu

Rusiyanın Argentinadakı səfirliyinə bombalı hücum xəbərdarlığı daxil olub.

Publika.az xəbər verir ki, elektron məktubla yollanan xəbərdarlıqda səfirlik binasına bomba qoyulduğu yazılıb.

Bölgəyə dərhal Argentina Federal Polisinin bombaların zərərsizləşdirilməsi briqadası cəlb olunub. Polisdən verilən açıqlamada briqadanın səfirlikdə hər hansı partlayıcı tapmadığı bildirilib.

Qeyd edək ki, həftənin əvvəlində Rusiyanın Braziliyadakı səfirliyinə də bənzər xəbərdarlıq daxil olmuşdu.

Zümrüd

Mənbə: publika.az