Türkiyədə FETO-ya  qarşı əməliyyat – 31 nəfər saxlanıldı

Türkiyədə FETO-ya  qarşı əməliyyat  – 31 nəfər saxlanıldı

İzmirdə FETO Terror Təşkilatına qarşı əməliyyat təşkil edilib.

Yenisabah.az xəbər verir ki, əməliyyat nəticəsində 31 FETÖ üzvü nəzarətə götürülüb.

Bildirək ki, əməliyyat İzmir Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin polis qrupları tərəfindən 27 fərqli ünvanda həyata keçirilib. Əməliyyatda terrorçuların yaşadığı yerlərdən 203 min 950 lirə, 3 min 380 avro, 68 min 350 dollar pul, bir miqdar zinət əşyası, gizli rabitə yaratmaq və məlumat ötürülmək üçün xüsusi proqram yüklənmiş 54 planşet və mobil telefon ələ keçirilib.

 

Mənbə: yenisabah.az