Xəzər rayonunda güclü yanğın baş verib

Xəzər rayonunda güclü yanğın baş verib

Bakı, 5 iyun, AZƏRTAC

Xəzər rayonunda ümumi sahəsi 1000 kvadratmetr olan quşçuluq fermasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ferma ərazisinin 500 kvadratmetr hissəsi yanıb. Qalan hissə yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə: azertag.az