Rusiyada koronavirusa yoluxanların 85 faizi 65 yaşdan aşağı şəxslərdir - Son statistika

Rusiyada koronavirusa yoluxanların 85 faizi 65 yaşdan aşağı şəxslərdir - Son statistika

Rusiyada COVİD-19-a yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com "ria.ru"ya istinadla xəbər verir ki, Rusiyada son 24 saat ərzində 8 min 7 yüz 26 nəfər yeni növ koronavirusa yoluxub, 144 nəfər isə dünyasını dəyişib. Verilən məlumatlara görə, yoluxmanın ən çox olduğu Moskva şəhərində koronavirus testlərinin müsbət çıxdığı xəstələrin əksəriyyətində simptomlar müşahidə edilməyib. Son statistikada yeni növ koronavirusa yoluxan şəxslərin 85 faizi 65 yaşdan aşağı şəxslər, 9 faizinin isə uşaqlar olduğu bildirilib.

Qeyd edək ki, Rusiyada bu günə qədər 449 min 834 nəfər koronavirusa yoluxub, 5 min 5 yüz 28 nəfər dünyasını dəyişib, 212 mindən çox adam isə sağalaraq evə buraxılıb.

Mənbə: www.yeniavaz.com