İrana məxsus gəmi batıb, ölənlər və itkin düşənlər var

İrana məxsus gəmi batıb, ölənlər və itkin düşənlər var

İrana aid yük gəmisinin İraq sularında batması nətisəində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Dənizçilik və Liman Əməliyyatı Təhlükəsizlik işlər üzrə müdiri Nadir Pesende bildirib.

Onun sözlərinə görə, İrana məxsus yük gəmisi İraqın əl-Qəsr limanına səfər edirmiş. Gəmi gecə saatlarında batıb. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xilas edilib. Gəminin göyərtəsindək digər şəxslərin axtarışı davam edir.

Gəminin Bəsrə Um-Qəsr limanına tikinti materialları daşıdığı bildirilir.

Mənbə: report.az