ABŞ-da atışma: 7 nəfər öldü

ABŞ-da atışma: 7 nəfər öldü

ABŞ-da atışma nəticəsində 7 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə ABC News nəşri Alabama ştatının Morgan dairəsinin polis idarəsindən bildirilib.

Atışmanın yerli vaxtla gecə yarısı Morgan dairəsinin Taluk magistral yolunda baş verdiyi deyilir.

Bundan sonra şerifin köməkçiləri yanan evdə ölü tapıblar. Yanğınsöndürənlərin gəlməsindən əvvəl alov söndürülüb. Qurbanların hamısı böyüklər olub.

İndi hadisə yeri bağlanıb. İstintaq başladılıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin bazasında atışma olub, ölənlər var. Baza komandanlığı ölənlərin adlarının bir gündən sonra açıqlanacağını vəd edir, araşdırma aparılır.

Mənbə: konkret.az