ABŞ-da atışma 7 nəfər öldü

ABŞ-da atışma 7 nəfər öldü

ABŞ-ın Alabama ştatında atışma baş verib.

Day.Az-ın məlumatına görə, hadisə yerində 7 nəfərin meyiti aşkarlanıb.

Qeyd edilir ki, polis odlu silahdan atəş səslərinin eşidilməsi barədə informasiya aldıqdan sonra verilən ünvana gedib. Hadisə yerində odlu silahdan açılmış atəş nəticəsində ölən 7 nəfərin cəsədi tapılıb.

Qətldə şübhəli şəxslər və hadisənin motivləri barədə hələ məlumat yoxdur. Araşdırma davam edir.

Mənbə: news.day.az