İndianadakı yürüşü silahlı mülki vətəndaşlar izləyib

İndianadakı yürüşü silahlı mülki vətəndaşlar izləyib

İndiana ştatında irqçilik və polisin qaradərililəri öldürməsinə etiraz olaraq küçələrə çıxan nümayişçilər əllərində odlu silah olan şəxslərə rast gəlib.

Sosial mediada yayımlanan videoda bazar ertəsi İndiana ştatının mərkəzindəki Kroun Point şəhəri yaxınlığında 21 nəfərin yol kənarında dayanaraq, polis vəhşiliyinə və irqçiliyə qarşı dinc etiraz yürüşünü izlədikllərini görmək olub. Onlardan səkkizinin əlində odlu silah olub. Kroun Pointin polis rəisi Pit Land ştatın qanununa görə, onların silah daşımasına icazə verildiyini deyib.

"Polis işçiləri olmasalar da, onların şəxsi silahlarını gəzdirməyə ixtiyarı var" - deyə, Land virtual şəhər forumu zamanı bildirib.

İndiana ştatında tapanca və ya ov tüfənginə sahib olmaq qanunidir. Lakin Land açıq şəkildə silah gəzdirmək üçün icazə tələb olunduğunu deyib.

Mayın 25-də polis işçisinin dizini 46 yaşlı Floydun boynunda saxlayaraq öldürməsi ölkə boyu etiraz aksiyalarına səbəb olub. Nəfəs ala bilmədiyini deməsinə baxmayaraq, dizini Floydun boynundan çəkməyən ağ polis zabiti Derek Çauvinə qarşı 'ikinci dərəcəli qətl' ittihamı irəli sürüb.

Bu, daha öncə ona qarşı irəli sürülmüş üçüncü dərəcəli qətl və ikinci dərəcəli ehtiyatsızlıqdan adam öldürmə ittihamlarından daha ağır bir ittihamdır.

Bundan əlavə mayın 25-də hadisə yerində olan, amma insidentə müdaxilə etməyən digər keçmiş üç polis zabitinə qarşı da ikinci-dərəcəli qətlə yardım və vasitəçilik ittihamları irəli sürülüb. Bu üç keçmiş polsi zabitləri Tou Tao, Aleksandr Kuenq və Tomas Leyndir.

Mənbə: www.amerikaninsesi.org