Ukraynalı baxıcı ağlayan uşağı boğaraq öldürdü - DƏHŞƏT... + VİDEO

Ukraynalı baxıcı ağlayan uşağı boğaraq öldürdü - DƏHŞƏT... + VİDEO

Ukraynada bir uşaq bağçasında çalışan baxıcı ağlamasından narahat olduğu azyaşlını yastıqla boğub. Sözügedən baxıcının "Qusduğu üçün öldü"dediyi hadisənin kamera görüntülərində dəhşətli həqiqət ortaya çıxıb.

Moderator.az xəbər verir ki, Zaporojye şəhərində bir cütlük uşaqlarını qanunsuz fəaliyyət göstərən bağçaya əmanət edib. Bağçada çalışan baxıcılardan İşrina Suhanova axşam saatlarında uşağın ailəsinə zəng vuraraq övladlarının nəfəs almadığını söyləyib.

Bundan sonra bağçaya gələn ailə təcili yardım çağırsa da uşağın həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra ailənin vəkili bağçadakı təhlükəsizlik kamerasının görüntülərini tələb edib və uşağın baxıcı tərəfindən öldürüldüyü ortaya çıxıb.

Mənbə: moderator.az