ABŞ-dakı etirazlar təhlükəli hala çevrildi - FOTO+VİDEO

ABŞ-dakı etirazlar təhlükəli hala çevrildi - FOTO+VİDEO

ABŞ-ın Minneapolis şəhərində qaradərili vətəndaşın polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar ölkə daxilində yayılmağa davam edir.

Moderator.az xəbər verir ki, etirazçıların şiddətə çevirdikləri aksiyalar zamanı Hyuston əyalətindəki bir silah mağazası talan edilib.

Təhlükəsizlik kamerasına qeyd edilən görüntülərdə silah mağazasının qapısının avtomobilin köməyi ilə qırıldığı görülüb. Baş verən hadisədən sonra mağazaya vurulan zərərin 180 min dollardan çox olduğu bildirilib.

Mənbə: moderator.az