Çeçenlər Yalta rəhbərinin köməkçisini döydülər

Çeçenlər Yalta rəhbərinin köməkçisini döydülər

Çeçenistan respublikasının sakinləri Rusiyanın Yalta şəhər administrasiya rəhbərinin köməkçisi Dilaver Seydametovu döyüblər.

KONKRET.az xəbər verir ki, bu haqda “Podyom” nəşrinə vəziyyətlə tanış olan mənbə bildirib.

Onun sözlərinə görə, 5 iyun cümə günü Seydametov uşaqların oynadığı yaşayış massivində çeçen nömrəli avtomobillərlə avtoşluq edən gəncləri söyüb.

Bundan sonra, onlar əllərində armatur qıırntıları ilə iki avtomobildə geri qayıdaraq məmuru döyməyə başlayıblar. Dava zamanı Dilaver müqavimət göstərərək bir neçə çeçeni döyə bilib, ancaq onlardan biri məmurun başından dəmir parçası ilə vurub.

Sonra dəliqanlı gənclər maşınlarını hadisə yerində qoyaraq aradan çıxıblar.

“Bu çeçenlər yerli izdihamdan qaçıb qayaya dırmaşdılar, enə bilmədiklərindən sakinlər Fövqəladə Hallar Nazirliyinə zəng etdilər”, – mənbə şahidlərin ifadələrinə istinadən bildirir.

Yerli sakinlərin sözlərinə görə, onlar baş verənlərdən qəzəblənərək təcavüzkarları tapıb polisə təhvil vermək istəyirlər.

Seydametov hazırda xəstəxanadadır. Olay yerinə xüsusi təyinatlı çevik dəstə (OMON) gəlib.

Mənbə: konkret.az