Dənizdə boğulan oğlunu xilas edən ana canından oldu - DƏHŞƏT...

Dənizdə boğulan oğlunu xilas edən ana canından oldu - DƏHŞƏT...

Türkiyənin Adana şəhərində dənizə girən və boğulma təhlükəsi keçirən 8 yaşlı oğlunu xilas edən ana dənizdə boğulub.

Moderator.az xəbər verir ki, baş verən hadisə zamanı azyaşlı uşaq sərinləmək üçün dənizə girib və qısa müddət sonra boğulma təhlükəsi keçirib.

Oğlunun suda çırpındığını görən 42 yaşlı ana dərhal dənizə girib və oğlunu xilas edib. Ətrafdakıların da köməyi ilə azyaşlı sudan çıxarılsa da ananı dənizdən çıxarmaq mümkün olmayıb.

 

Mənbə: moderator.az