Əfqanıstanda partlayış nəticəsində polislər öldü

Əfqanıstanda partlayış nəticəsində polislər öldü

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan vilayətində baş verən partlayış nəticəsində azı 11 polis əməkdaşı həyatını itirib.

Bu barədə Bədəxşan vilayətinin polis rəsmisi Sənaullah Rohani məlumat verib.

Məlumata əsasən, insident ötən gecə baş verib. İçində 11 polis olan avtomobil yol kənarında quraşdırılan minaya düşərək partlayıb.

Mənbə: eastnews.org