“Amazon” şirkətinin anbarı yanaraq kül oldu

“Amazon” şirkətinin anbarı yanaraq kül oldu

Amerikanın nəhəng şirkətlərindən biri olan "Amazon"un Kaliforniyadakı anbarında yanğın baş verib.

Cebhe.info xəbər verir ki, yanğının baş verdiyi əraziyə xeyli sayda yanğınsöndürən maşını cəlb olunub. Belə ki, saat 05:30 radələrində baş vermiş yanğın, 6 saat sonra nəzarət altına alınıb.

Məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur. Amma müştərilərin verdikləri bütün sifarişlər yanaraq kül olub. Yanğının səbəbi bilinmir, hadisə ilə bağlı araşdırma aparılır.

"Amazon"un sözçüsü Lisa Levandovski hadisə ilə bağlı açıqlama verib:

"Yanğına görə kədərliyik. Anbar yararsız hala düşüb. Xəsarət alan olmadığı üçün sevinirik. Müştərilərimiz narahat olmasın. Bütün sifarişlər çatdırılacaq".

Mənbə: cebhe.info