Qızlarını pulla satan ANA CANLI YAYIMDA HƏBS EDİLDİ

Qızlarını pulla satan ANA CANLI YAYIMDA HƏBS EDİLDİ

Rafet Dəmirəl adlı ata, 16 yaşlı qızını axtarmaq üçün Türkiyənin ATV kanalında yayımlanan verilişə müraciət edib.

“Ölkə.Az” xəbər verir ki, aparılan araşdırmalar zamanı ailənin 16 yaşlı qızının evli bir adamla qeyri-rəsmi yaşadığı, 14 yaşlı qızının isə hamilə olduğu ortaya çıxıb. Bundan sonra işə polis qarışıb. Şahidlərin verdiyi ifadələrdən ananın 14 yaşlı qızının hamilə olduğu üçün pul müqabilində zorla ərə verilməsi məlum olub.

Bundan sonra canlı yayıma gələn polis ananın ifadəsini almaq üçün polis bölməsinə aparılıb. Yetkinlik yaşına çatmamış uşaqlar isə sosial xidmətlər tərəfindən himayəyə götürülüb.

Mənbə: olke.az