ABŞ-da təyyarə qəzasında ailə həlak oldu

ABŞ-da təyyarə qəzasında ailə həlak oldu

ABŞ-ın Corciya ştatının şimalında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Florida ştatından İndiana ştatına uçan təyyarənin göyərtəsində pilot və bir ailənin 4 üzvü olub.

Məlumata əsasən, qəza nəticəsində sağ qalan olmayıb.

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsindən bildiriblər ki, təyyarə fırtınaya düşüb, amma qəzanın məhz bu səbəbdən baş verdiyini demək mümkün deyil.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Mənbə: olaylar.az