Əfqanıstanda partlayış, 11 polis öldürüldü

Əfqanıstanda partlayış, 11 polis öldürüldü

Əfqanıstanın şimal-şərqindəki Badahsan əyalətinin Haş mahalında partlayış nəticəsində 11 polis əməkdaşı həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə əyalətin Təhlükəsizlik Müdirliyi sözçüsü Sanaullah Ruhani məlumat verib.

Onun sözlərinə görə, Durhan mahalında yol kənarına yerləşdirilən bomba polislərin bölgədən keçdiyi zaman partlayıb. Hadisə nəticəsində 11 polisinin öldüyünü bildirən Ruhan, hücumda Talibanı günahlandırıb.

Hələlik Talibandan heç bir açıqlama verilməyib.

Mənbə: teleqraf.com