Tanınmış jurnalistin oğlu kirayə qaldığı evdən çıxarıldı

Tanınmış jurnalistin oğlu kirayə qaldığı evdən çıxarıldı

Tanınmış jurnalist Azər Sarıoğlunun oğlu Macarıstanda kirayə qaldığı evdən çıxarılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə A.Sarıoğlu özü məlumat verib.

Jurnalistin sözlərinə görə, Macarıstanda onun oğlu da daxil olmaqla bəzi tələbələrin müqavilə müddəti bitdiyi üçün kirayə qaldıqları evlərdən çıxarılıblar: “Məcburən, dost-tanışların evlərinə yerləşiblər. Nə yardım edən var, nə də evə gətirən. Ucuz bilet almışdıq, hava məkanı bağlı olduğundan o da batdı. Çarterin də qiyməti çox bahadır”.

A.Sarıoğlu bildirib ki, Azərbaycan Nazirlər Kabineti yanında Opertaiv Qərargaha, Xarici İşlər Nazirliyinə zənglərin heç bir nəticəsi olmayıb.

Mənbə: pravda.az