Polis maska taxmayan şəxsi diziylə boğmağa çalışdı - Hindistanda - VİDEO - FOTO

Polis maska taxmayan şəxsi diziylə boğmağa çalışdı - Hindistanda - VİDEO - FOTO

Hindistanda koronavirusa yoluxanların sayı artmaqdadır.

Milli.Az Sputnik International-a istinadla bildirir ki, Hindistanda karantin qaydalarına riayət etməyən şəxslər ciddi şəkildə cəzalandırılırlar.

Hindistanın Rajasthan ştatının Jodhpur şəhərində çəkilən kadrlar qalmaqala səbəb olub. Belə ki, kadrlarda polis əməkdaşlarının maska taxmayan Mukesh Kumar Prajapat adlı şəxsi təpikləməsi əks olunub. Polis onu yerə yatırıb, sonra da diziylə sıxıb.

Görüntülər ABŞ-da afroamerikalı Corc Floydun ölümünü xatırladıb.

Qeyd edək ki, Hindistan koronavirusa yoluxanların sayına görə altıncı yerdədir. Burada polis maskasız çölə çıxanları qamçılayır, döyür və ya cərimələyir.

Mənbə: news.milli.az