Dolu üç rayonda fəsadlar törətdi - VİDEO - FOTO

Dolu üç rayonda fəsadlar törətdi - VİDEO - FOTO

Pis hava şəraiti Oğuz rayonunun Xaçmaz, Sincaç, Filfilli və digər dağətəyi kəndlərində daha ciddi fəsadlara səbəb olub

BAKI, 6 iyun — Sputnik. Respublikanın bəzi rayonlarında olduğu kimi, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının da bir hissəsində dünən küləkli və yağışlı hava müşahidə olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, axşam və gecə saatlarında anidən güclənən külək bəzi təsərrüfatlara və şəxsi bağ-bostanlara ziyan vurub. Bəzi ərazilərə dolu düşüb, leysan yağıb.

Oğuz rayonunun dağətəyi kəndlərinə dolu yağıb

Pis hava şəraiti Oğuz rayonunun Xaçmaz, Sincaç, Filfilli və digər dağətəyi kəndlərində daha ciddi fəsadlara səbəb olub. Bu kəndlərə güclü dolu düşməsi nəticəsində meyvə ağacları və bostanlara ziyan dəyib. Bəzi yerlərdə dolunun diametri 5 sm-dən çox olub.

Hazırda da qeyd olunan rayonlarda külək əsir və qısa müddətli yağışlar müşahidə olunur.

Mənbə: sputnik.az