ABŞ-da aksiyalar nəticə verdi: "Polis bundan sonra..."

ABŞ-da aksiyalar nəticə verdi: "Polis bundan sonra..."

ABŞ-ın Minneapolis şəhərində Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsinə qarşı başlanmış və 10 gündən artıq davam etmiş aksiyaların ilkin nəticələri özünü göstərib.

Teleqraf.com xəbər verir ki, irqçiliyə qarşı mübarizə xarakterli aksiyaların ilkin nəticəsi olaraq vətəndaşlar daha bir hüquq əldə ediblər.

Minneapolis şəhər şurası polislərin saxlama və həbs proseduru zamanı vətəndaşın boynuna ayaq və əllə təzyiq mexanizmini qadağan edib. Qadağanı aşan polisin yanındakı yoldaşı duruma müdaxilə etməli və hadisədən dərhal sonra baş verənləri özündən yüksək vəzifəli polis məmurlarına məruzə etməlidir.

Xatırladaq ki, Floyd həbs edilərkən polis əməkdaşı onu yerə yıxaraq dizi ilə boynunu sıxmışdı. Məhz bu səbəbdən də Flyod dünyasını dəyişmişdi.

Mənbə: teleqraf.com