Çoxmərtəbəli yaşayış binasında yanğın olub

Çoxmərtəbəli yaşayış binasında yanğın olub

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində, çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzilin eyvanında taxta tullantıları 1 m² sahədə yanıb.

Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi sakinlər tərəfindən söndürülüb.

Mənbə: news.milli.az