Bakıda karantin qaydalarını pozan şəxs polisə bıçaqla hücum etdi (FOTO)

Bakıda karantin qaydalarını pozan şəxs polisə  bıçaqla hücum etdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Xətayi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Iiyunun 6-da Xətayi RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar əsasında Xətayi RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanıb. Hazırda istintaq hərkətləri davam etdirilir.

Mənbə: az.trend.az