Üç metrlik köpək balığı can aldı

Avstraliyanın Yeni Cənubi Uels əyalətində bir serfer (dəniz səyyahı) köpək balığı tərəfindən öldürülüb.

Cebhe.info xəbər verir ki, polisin verdiyi açıqlamaya görə, 60 yaşlı serfer 3 metrlik köpək balığının hücumuna məruz qalıb. Hadisə Kinqskliff yaxınlığında baş verib. Hücumda serfer ağır yaralanıb. Bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Beləliklə də bu il ərzində ölkədə köpək balığı tərəfindən öldürülənlərin sayı 3 nəfərə çatıb.

Əli Bədir
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

“Messi kimi məşhur ola bilərdim, şərab imkan vermədi...” – ETİRAF

SONRAKI XƏBƏR

Zamin Hacı sərbəst buraxıldı: “Qaydalar hamı üçündür, biz də əməl etməliyik”